"Qarabağ"ın hücumçusu: "Belə şeylər qəbuledilməzdir"

"Qarabağ"ın hücumçusu: "Belə şeylər qəbuledilməzdir" Qarabağın futbolçusu Maqaye Qeye Premyer Liqanın VII turunda Sabahı məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib.
Futbol
6 Oktyabr , 2019 23:41
Qarabağın hücumçusu: Belə şeylər qəbuledilməzdir

"Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın VII turunda "Sabah"ı məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib.

"Report" fransalı hücumçunun müsahibəsini təqdim edir.

- Ardıcıl 7-ci qələbəni qazandınız. Çempionat darıxdırıcı deyil?

- Xeyr, deməzdim ki, darıxdırıcı və bezdiricidir. Rəqiblər "Qarabağ"a qarşı fərqli əhval-ruhiyyədə çıxır. Çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq.

- "Qarabağ" bu mövsüm asanlıqla çempion olacaq?

- Belə düşünmürük. Özünü məcbur etməsən, istəyinə nail ola bilmərsən. Əgər büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər.

- Çempionatda neçə qol vurmağı qarşınıza hədəf qoymusunuz?

- Xüsusi hədəfim yoxdur. Daha çox komandaya kömək etməyə çalışıram. Qol vururamsa, daha da yaxşı haldır. Hədəfim gördüyüm işlə komandaya kömək etməkdir.

- Avropa Liqasında “Düdelanj”la görüşdəki təxribatla bağlı fikirlərinizi bildirərdiniz?

- Bu, axmaqlıqdır. Nə deyim? Belə şeylər qəbuledilməzdir.

Son xəbərlər

Orphus sistemi