"Qarabağ" klubunun Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.
"Report" xəbər verir ki, bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.
Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.
Digər futbolçulara gəldikdə, Anastasios Bakasetas "Trabzonspor"a 3,5 milyon avroya, Melih Demirel İtaliya "Sassuolo"suna 8 milyon avroya, Emre Akbaba "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lav "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyes Meksika "Moreliya"sına 1,6 milyon avroya keçib.
Qeyd edək ki, Donald Gerye "Qarabağ"ın qış toplanışına qoşulmadığı üçün 20 min ABŞ dolları məbləğində cərimələnərək əvəzedici komandaya göndərilib.