"Qarabağ"ın futbolçusu "Dnepr"ə qarşı yaxşı oyun sərgiləyəcəklərinə söz verib

"Qarabağ"ın futbolçusu "Dnepr"ə qarşı yaxşı oyun sərgiləyəcəklərinə söz verib "Baxarıq, görək uda biləcəyik, ya yox"
Futbol
6 noyabr 2014 08:35

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Ansi Aqoli Avropa Liqasında bu gün Ukraynanın "Dnepr" komandasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Albaniyalı yarımmüdafiəçi "Report"a açıqlamasında matçın çətin olacağını bildirib. 

Lakin Aqoli yaxşı oyun sərgiləyəcəklərini deyib: "Avropa Liqasının qrup mərhələsindəki komandaların hamısı ilə oyunlar ağır olur. İnşallah, yaxşı oyun sərgiləyəcəyik. Baxarıq, görək uda biləcəyik, ya yox".

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi