"Qarabağ"ın futbolçusu "Sabah"la oyunda zədələnib
Futbol
- 03 oktyabr, 2024
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" klubunun braziliyalı müdafiəçisi Mateus Silva Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la matçda (3:2) zədələnib.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı futbolçu matçın gedişində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Dizindən yüngül xəsarət alan müdafiəçi əməliyyat olunmayacaq.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün qarşılaşacaqları "Malmö" (İsveç) ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Mateus Silvanın qarşıdakı 3 oyunda meydana çıxmayacağını bildirmişdi.
Son xəbərlər
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr