Patrik Andrade: "Qolumuz qeydə alınsaydı, nəticə belə olmazdı"

Patrik Andrade: "Qolumuz qeydə alınsaydı, nəticə belə olmazdı" “Futbol belə oyundur: qol vurmasan, uduza bilərsən"
Futbol
11 Dekabr , 2021 13:02
Patrik Andrade: Qolumuz qeydə alınsaydı, nəticə belə olmazdı

“Hər şey əladır, növbəti qarşılaşmanı düşünürük. Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə” ilə üz-üzə gələcək. “Bazel”lə matç artıq başa çatıb. Önümüzə baxmalıyıq".

"Report" xəbər verir ki, bu fikirləri İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının VI tur oyunundan qayıdan "Qarabağ"ın futbolçusu Patrik Andrade Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi 2-ci dəqiqədə xorvatiyalı baş hakim Fran Yoviçin Abdullah Zubirin təmiz qolunu qeydə almamasına münasibət bildirib: "Hazırda ancaq gələcək barədə düşünməliyik. Hakimlər qolumuzu qeydə alsaydı, hər şey dəyişəcəkdi. Təmiz qolumuz sayılsaydı, nəticə belə olmazdı. Amma baş məşqçimiz Qurban Qurbanovun söylədiyi kimi, hər şey artıq geridə qalıb. İndi yalnız gələcək qarşılaşmalar haqqında düşünməliyik".

Kabo-verdeli oyunçu komanda yoldaşı İbrahima Vadjinin görüş ərzində bir neçə qol epizodunundan yararlana bilmədiyini xatırladıb: "Onunla danışmışam. Vadji fərqlənmək üçün əlindən gələni edirdi. Futbol belə oyundur: qol vurmasan, uduza bilərsən. Onun "Zirə" ilə matçda fərqlənəcəyinə ümid edirəm. Yenə deyirəm, hər şeyi unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq".

Qeyd edək ki, matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi