Riçard Almeyda zədələnib, "Qarabağ" meydanda azlıqda qalıb

Riçard Almeyda zədələnib, "Qarabağ" meydanda azlıqda qalıb "Qarabağ" "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının II turunun oyununda ciddi itki ilə üzləşib.
Futbol
396
22 Avqust , 2021 22:16
Riçard Almeyda zədələnib, Qarabağ meydanda azlıqda qalıb

"Qarabağ" "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının II turunun oyununda ciddi itki ilə üzləşib.

"Report"un məlumatına görə, matçın 81-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. Əzələsi dartılan 32 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.

3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirəcək.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və "Qarabağ" hesabda öndədir - 3:0.

Son xəbərlər

Orphus sistemi