"Qarabağ"ın futbolçusu: "Marselo da sol cinah oyunçusu kimi qollar vurur"

"Qarabağ"ın futbolçusu: "Marselo da sol cinah oyunçusu kimi qollar vurur" Bakı. 27 aprel. REPORT.AZ/ Baş məşqçimiz bizə deyib ki, bütün oyunlarda meydana qələbə üçün çıxmalısınız. Biz də işimizi görməyə çalışdıq. Sona qədər mübarizə apararaq, lazım olan 3 xalı qazandıq.
Futbol
27 Aprel , 2018 21:55
Qarabağın futbolçusu: Marselo da sol cinah oyunçusu kimi qollar vurur

Bakı. 27 aprel. REPORT.AZ/ "Baş məşqçimiz bizə deyib ki, bütün oyunlarda meydana qələbə üçün çıxmalısınız. Biz də işimizi görməyə çalışdıq. Sona qədər mübarizə apararaq, lazım olan 3 xalı qazandıq".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Donald Gerrye səfərdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Haitili yarımmüdafiəçi oyunun əvvəllərində sarı vərəqə aldığı epizodu belə şərh edib: "Həmin anda ayağımdan zərbə aldım. Ayağımı baş hakimə göstərdikdə, referi bunu düzgün qəbul etmədi. Ona görə də məni cəzalandırdı".

Gerrye oyunda vurduğu ilk qolu barədə də danışıb: "Əslində mən sol cinah müdafiəçisi kimi çıxış edirdim. Amma dünyada belə nümunələr çoxdur. Məsələn, "Real Madrid"in futbolçusu Marselo da sol cinah müdafiəçisi kimi qollar vurur. 

Qol vurduğum üçün sevincliyəm. Bu gün həqiqətən də işim çox oldu. Əziyyət çəkdik, çox mübarizə apardıq. Mən ilk, Miçel qələbə topunu vurdu. İşimizi çox yüksək qiymətləndirirəm. Sevinirəm ki, əziyyətimiz hədər getmədi".

29 yaşlı oyunçu sol cinahda çıxış etməyin daha rahat olduğunu vurğulayıb: "Çünki karyeram boyunca, daha dəqiqi, 19 yaşımdan daim bu mövqedə oynamışam. Avropaya sol cinah yarımmüdafiəçisi kimi transfer olunmuşam. Bura gələndə də eyni mövqeyə gəlmişdim. Sadəcə, Ansi Aqolli bir ara zədəli olduğu vaxt sol cinaha müdafiəçisi mövqeyinə çəkildim. Bu, baş məşqçinin qərarıdır. Məni orada görürsə, hörmətlə yanaşmalıyam. İşim futbol oynamaqdır".

Son xəbərlər

Orphus sistemi