"Qarabağ"ın futbolçusu: "İsrail klubunu keçməyə çalışacağıq"

"Qarabağ"ın futbolçusu: "İsrail klubunu keçməyə çalışacağıq" "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov klubun saytına açıqlama verib.
Futbol
29 İyun , 2021 14:12
Qarabağın futbolçusu: İsrail klubunu keçməyə çalışacağıq
Abbas Hüseynov

"Hazırlıqlarımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir. Məşqlərdə istəkli və həvəsliyik".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Abbas Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı müdafiəçi Ağdam təmsilçisində yüksək motivasiya olduğunu bildirib: "Keşlə" ilə yoxlama görüşümüz yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq. Üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq. Ötən mövsüm Premyer Liqada 2-ci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq".

Hüseynov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Aşdod" klubu ilə qarşılaşacaqlarını xatırladıb: "Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. Çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasındakı ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi