"Qarabağ"ın futbolçuları "Fiorentina" ilə oyundan danışıb

"Qarabağ"ın futbolçuları "Fiorentina" ilə oyundan danışıb Dino Ndlovu: "Sabahkı oyun Azərbaycan üçün əhəmiyyətli oyundur"
Futbol
7 Dekabr , 2016 17:59
Qarabağın futbolçuları Fiorentina ilə oyundan danışıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Sabahkı oyun yalnız futbolçular üçün yox, Azərbaycan üçün əhəmiyyətli oyundur. Bilirik ki, çətin oyun olacaq. Amma əlimizdən gələni edəcəyik". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah "Fiorentina"sı ilə keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Qara Qarayev isə avrokuboklarda yola davam etmək istədiklərini bildirib: "Biz bu qrupda düşəndə hər kəsdə mərhələ adlayacağımızla bağlı istək yaranmışdı. Nəticənin necə olacağını bilmirik. Amma bu sevinci, həyacanı davam etdirmək istəyirik".

Son xəbərlər

Orphus sistemi