"Qarabağ"ın aparıcı futbolçusu "Kayrat"la oyunu buraxa bilər

"Qarabağ"ın aparıcı futbolçusu "Kayrat"la oyunu buraxa bilər "Qarabağ"ın futbolçusu Abdullah Zubir Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər
Futbol
1 Noyabr , 2021 11:11
Qarabağın aparıcı futbolçusu Kayratla oyunu buraxa bilər

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Bu barədə "Report"a Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnib: "MRT müayinəsi nəticəsində Zubirin sağ ayağının arxa əzələsində problem aşkarlanıb. "Kayrat"la görüşdə iştirakı sual altındadır. İstənilən halda bizimlə Almatıya gedəcək. Onun son durumuna oyundan əvvəl aydınlıq gələcək".

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da oyunu buraxacaq.

Son xəbərlər

Orphus sistemi