"Qarabağ"ın daha bir futbolçusu "Kayrat"a qarşı oynamayacaq

"Qarabağ"ın daha bir futbolçusu "Kayrat"a qarşı oynamayacaq "Qarabağ"ın futbolçusu Qaspar Panadero Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsinə salınmayıb.
Futbol
21 Oktyabr , 2021 20:14
Qarabağın daha bir futbolçusu Kayrata qarşı oynamayacaq
Qaspar Panadero

"Qarabağ"ın futbolçusu Qaspar Panadero Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsinə salınmayıb.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənın "Report"a verdiyi məlumata görə, buna səbəb 24 yaşlı yarımmüdafiəçinin zədəli olmasıdır.

Klub rəsmisi ispaniyalı oyunçunun əzələsini dartdığını və 1-2 həftə yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq. Daha əvvəl "köhlən-atlar"ın heyətində 3 futbolçunun - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyevin zədə səbəbindən görüşü buraxacağı bəlli olub.

Son xəbərlər

Orphus sistemi