"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib

"Qarabağ"ın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib "Çelsi" qalib gəlsə də, "Atletiko Madrid" heç-heçə ilə kifayətlənib
Futbol
10 Sentyabr , 2017 08:53
Qarabağın ÇL-dəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

"Report" xəbər verir ki, Ağdam klubunun sentyabrın 12-də qrup mərhələsinin oyunu çərçivəsində Londonda qonağı olacağı "Çelsi" kollektivi İngiltərə Premyer Liqasında "Lester"lə qarşılaşıb.

Səfərdə oynayan "zadəganlar" 2:1 hesabı ilə qalib gələrək 3 xal qazanıblar.

"Qarabağ"ın növbəti rəqibi olan İspaniya "Atletiko Madrid"i isə səfərdə "Valensiya" ilə qolsuz heç-heçə edib.

Qrupun digər iştirakçısı, sentyabrın 27-də Bakıya gələcək İtaliyanın "Roma" klubunun dünən "Sampdoriya" ilə səfərdə keçirməli olduğu qarşılaşması hava şəariti ilə əlaqədar təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi