"Qarabağ"ın ÇL-dəki iki rəqibi uduzub, "Atletiko" "Barselona" ilə heç-heçə edib - VİDEO

"Qarabağ"ın ÇL-dəki iki rəqibi uduzub, "Atletiko" "Barselona" ilə heç-heçə edib - VİDEO Ağdam klubu isə "İnter" üzərində 2:0 hesabı ilə qələbə qazanıb
Futbol
15 Oktyabr , 2017 12:47
Qarabağın ÇL-dəki iki rəqibi uduzub, Atletiko Barselona ilə heç-heçə edib - VİDEO

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu ilə Çempionlar Liqasının "C" qrupunda yer alan klublar ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

“Report” xəbər verir ki, komandalardan ikisi məğlub olduğu halda, biri son məqamda qələbəni əldə verib.

"Qarabağ"ın ÇL-nin II turunda Bakıda məğlub olduğu İtaliya "Roma"sı evdə "Napoli"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun ilk turda böyük hesabla uduzduğu İngiltərə "Çelsi"si isə səfərdə "Kristal Pelas"ın öhdəsindən gələ bilməyib və 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Azərbaycan komandasının oktyabrın 18-də Bakıda qəbul edəcəyi "Atletiko Madrid" İspaniya La Liqasının ev oyununda "Barselona" üzərində 1:0-lıq qələbəni 82-ci dəqiqddə əldən verib. Luis Suares rəqibin bərabərlik qolunu vurub.

"Qarabağ"a gəldikdə isə, Ağdam klubu ölkə çempionatında "İnter" üzərində 2:0 hesablı qələbə qazanmaqla Premyer Liqada liderliyini davam etdirib.

Son xəbərlər

Orphus sistemi