"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi 15 yaşlı futbolçu ilə anlaşıb

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi 15 yaşlı futbolçu ilə anlaşıb Bakı. 13 iyul. REPORT.AZ/ Qarabağın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın Olimpiya klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
13 İyul , 2018 13:56
Qarabağın Çempionlar Liqasındakı rəqibi 15 yaşlı futbolçu ilə anlaşıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu heyətinə yeni futbolçu cəlb edib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi 15 yaşlı Yan Baskerlə anlaşıb. Sloveniyanın istedadlı futbolçularından olan yarımmüdafiəçi əsas heyət üzvləri ilə birgə məşq edə və komanda ilə oyuna çıxa biləcək. O, həmçinin yeniyetmələrin çempionatında da iştirak edə bilər. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Olimpiya"nı səfərdə 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşma iyulun 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi