"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi 15 yaşlı futbolçu ilə anlaşıb
Futbol
- 13 iyul, 2018
- 09:56
Bakı. 13 iyul. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Report" klubun saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi 15 yaşlı Yan Baskerlə anlaşıb. Sloveniyanın istedadlı futbolçularından olan yarımmüdafiəçi əsas heyət üzvləri ilə birgə məşq edə və komanda ilə oyuna çıxa biləcək. O, həmçinin yeniyetmələrin çempionatında da iştirak edə bilər.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Olimpiya"nı səfərdə 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşma iyulun 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.
Son xəbərlər
04:22
ABŞ F-35-ların Ər-Riyada satılacağı halda texnologiyanın Çinə sızmasından ehtiyatlanır
Digər ölkələr03:56
Qərbi Azərbaycan Xronikası: "Sevan" gölü Göyçə adlanacaq, azərbaycanlılar geri qayıdacaq
Daxili siyasət03:37
"New Glenn" raketi Marsın maqnitosferini öyrənmək üçün iki zond göndərib
Elm və təhsil03:09
Foto
Ronaldu İrlandiya yığmasına qarşı oyundan qovulmasına istehzalı reaksiya verib
Futbol02:48
Ermənistanda müxalif bloqerlər iki ay müddətinə həbs edilib
Region02:29
Video
Ərdoğan təyyarə qəzasında həlak olan hərbçinin atasına başsağlığı verib
Region01:58
Gürcüstan XİN: Aİ ölkəmizlə münasibətlərdə özünü dalana salıb
Region01:42
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsi: Fransa və İngiltərə milliləri qalib gəlib
Futbol01:23