"Qarabağ"ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

"Qarabağ"ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 14:10-da yayımlanıb.
Futbol
874
19 İyun , 2019 14:34
Qarabağın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:10-da yayımlanıb. 


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qarabağ" "Partizani" səddini keçə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində "Şerif" (Moldova) / "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək. Avropa Liqasının II təsnifat mərhələsində isə görüşlər iyunun 25-də və avqustun 1-də olacaq. 

Son xəbərlər

Orphus sistemi