"Qarabağ"ın baş meneceri: "Yaxşı nəticə əldə edəcəyimizə inanıram"

"Qarabağ"ın baş meneceri: "Yaxşı nəticə əldə edəcəyimizə inanıram" "Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. Çünki hava limanında bizi çox yaxşı qarşıladılar. Sivas valisi və digər şəxslər bizi evimizdəki kimi hiss etdirdilər".
Futbol
5 Noyabr , 2020 17:46
Qarabağın baş meneceri: Yaxşı nəticə əldə edəcəyimizə inanıram

"Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. Çünki hava limanında bizi çox yaxşı qarşıladılar. Sivas valisi və digər şəxslər bizi evimizdəki kimi hiss etdirdilər".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov "A Spor"a açıqlamasında UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Klub rəsmisi təşkilatçılığa görə "Sivasspor"a təşəkkür edib: "Komandada hər şey qaydasındadır. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik".

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi