"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçu itkisi ilə üzləşib

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçu itkisi ilə üzləşib Onun yaşıl meydanlardan azı 2 həftə uzaq qalacağı gözlənilir
Futbol
24 Sentyabr , 2018 11:31
Qarabağın Avropa Liqasındakı rəqibi futbolçu itkisi ilə üzləşib

Bakı. 24 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubu futbolçu itkisi ilə üzləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Aleksandr Kobaxidze "Zarya" ilə Ukrayna Premyer Liqasının IX tur matçında zədələnib. Görüşün 43-cü dəqiqəsində 31 yaşlı oyunçunun çiyni çıxıb. Onun yaşıl meydanlardan azı 2 həftə uzaq qalacağı gözlənilir.

"Qarabağ" "Vorskla" ilə ilk görüşünü oktyabrın 25-də Bakıda, cavab oyununu isə noyabrın 8-də Poltavada keçirəcək. 

Qeyd edək ki, “Vorskla” ”Zarya”nı 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi