"Qarabağ" Fransa klubunun hücumçusu ilə danışıqlar aparır

Futbol
  • 15 mart, 2022
  • 19:41
Qarabağ Fransa klubunun hücumçusu ilə danışıqlar aparır

"Qarabağ" Fransanın "Red Star" klubunda icarə əsasında çıxış edən kot d İvuarlı futbolçu Mussa Quellə maraqlanır.

"Report"un məlumatına görə, "köhlən atlar" 23 yaşlı hücumçunun çıxışını yaxından izləyir.

Müqavilə ilə "Valensyen"ə məxsus olan forvard bu mövsüm 23 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

İddiaya görə, danışıqlar müsbət nəticələnəcəyi halda, gənc oyunçu Ağdam klubuna keçəcək.

Qeyd edək ki, Mussa Quel daha əvvəl Fransanın "Loryen" və "Keviyi Ruan" komandalarında da çıxış edib.