"Qarabağ" – "Ferentsvaroş" oyununun hakimləri açıqlanıb

"Qarabağ" – "Ferentsvaroş" oyununun hakimləri açıqlanıb Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Futbol
28 İyul , 2022 16:38
Qarabağ – Ferentsvaroş oyununun hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi