"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində daha 7 pillə irəliləyib 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb
Futbol
10 Mart , 2023 10:02
Qarabağ dünya reytinqində daha 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

149 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı, postsovet məkanında birinci olub.

Türkiyə komandalarından "Fənərbağça" 162,5 xalla 46-cı, "Başakşehir" 126 xalla 91-ci, "Trabzonspor" 115 xalla 112-ci, "Sivasspor" 129-cu, "Qalatasaray" isə 79,5 xalla 206-cıdır.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real Madrid" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi