​"Qarabağ" - "Düdelanj" matçının vaxtı və yeri açıqlanıb

​"Qarabağ" - "Düdelanj" matçının vaxtı və yeri açıqlanıb İlk oyun iyulun 12-də doğma azarkeşlər önündə keçiriləcək
Futbol
139
21 İyun , 2016 00:54
​Qarabağ - Düdelanj matçının vaxtı və yeri açıqlanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Lüksemburq təmsilçisi "Düdelanj"la keçirəcəyi ilk oyunun yeri və başlama saatı açıqlanıb. 

"Report"un Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun iyulun 12-də doğma azarkeşlər önündə keçiriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra - iyulun 19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi