“Qarabağ” “Düdelanj”la matça gəlmək istəyən azarkeşlərinə müraciət edib

“Qarabağ” “Düdelanj”la matça gəlmək istəyən azarkeşlərinə müraciət edib “Qarabağ” klubu UEFA Avrp Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la Lüksemburqdakı matça gəlmək istəyən azarkeşlərinə müraciət edib.
Futbol
26 Sentyabr , 2019 17:33
“Qarabağ” “Düdelanj”la matça gəlmək istəyən azarkeşlərinə müraciət edib

“Qarabağ” klubu UEFA Avrp Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la Lüksemburqdakı matça gəlmək istəyən azarkeşlərinə müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə Ağdam təmsilçisini səfərdə dəstəkləyəcək azarkeşlərin oyun günü qonaq sektorun (xəritədə oxla göstərilən) önündə satış məntəqəsindən biletlərini əldə edə biləcəkləri bildirilir.

Biletlərin qiyməti meydan sahibi tərəfindən 30 avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, oktyabrın 3-də “Jozi Bartel” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi