"Qarabağ"dan ayrılan qapıçının Türkiyə klubundakı əmək haqqı müəyyənləşib

"Qarabağ"dan ayrılan qapıçının Türkiyə klubundakı əmək haqqı müəyyənləşib İbrahim Şehiç "Erzurumspor"la 2 illik müqavilə bağlayacaq
Futbol
11 İyun , 2018 09:25
Qarabağdan ayrılan qapıçının Türkiyə klubundakı əmək haqqı müəyyənləşib

Bakı. 11 iyun. REPORT.AZ/ “Qarabağ” futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin “Erzurumspor” klubuna keçidinin təfərrüatı müəyyənləşib.

“Report” “Fotomaç”a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü “mavi-ağlar”la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi