"Qarabağ" Dani Kintananın transfer olunduğu klubun adını açıqlayıb - VİDEO

"Qarabağ" Dani Kintananın transfer olunduğu klubun adını açıqlayıb - VİDEO Qarabağın futbolçusu Dani Kintana Çinin Chengdu Better City klubuna transfer olunub.
Futbol
3 Fevral , 2020 15:48
Qarabağ Dani Kintananın transfer olunduğu klubun adını açıqlayıb - VİDEO

"Qarabağ"ın futbolçusu Dani Kintana Çinin "Chengdu Better City" klubuna transfer olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq. 


*** 15:28

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 

"Report" Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, ispaniyalı yarımmüdafiəçi Dani Kintanadır.

Onun Çin Premyer Liqasında çıxış edəcəyi ehtimal olunur. Klub Kintanaya xidmətləri qarşılığında təşəkkürünü bildirib. 33 yaşlı oyunçu Azərbaycan komandasında 2015-ci ildən çıxış edirdi. O, 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, "Qarabağ" daha öncə Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç ("Milan", İtaliya) və Riçard Almeyda ("Baniyas", BƏƏ) ilə vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi