“Qarabağ” “böyük beşlik” komandalarını qabaqlayır

“Qarabağ” “böyük beşlik” komandalarını qabaqlayır İngiltərənin “Nyukasl” klubu 2022/2023 mövsümündə qol buraxmadığı oyun sayına görə, Avropanın “böyük beşlik” ölkələrinə başçılıq edir.
Futbol
25 Yanvar , 2023 13:01
“Qarabağ” “böyük beşlik” komandalarını qabaqlayır

İngiltərənin “Nyukasl” klubu 2022/2023 mövsümündə qol buraxmadığı oyun sayına görə, Avropanın “böyük beşlik” ölkələrinə başçılıq edir.

“Report” xəbər verir ki, “sağsağanlar” İngiltərə Liqa Kubokunun yarımfinalında “Sauthempton”a 1:0 hesabı ilə qalib gəlməklə mövsümün rekordunu ələ keçirib.

Premyer Liqa təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi matçların 16-da qapısında top görməyib.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan klubu “Qarabağ” da cari mövsüm 16 görüşü “quru” hesabla tamamlamağı bacarıb. “Böyük beşlik” komandalarını qabaqlayan ağdamlılar bu baxımdan yalnız “Nyukasl”la eyni göstəriciyə malikdirlər. Qurban Qurbanovun kollektivi bütün turnirlərdə keçirdiyi qarşılaşmaların 12-də qapısının toxunulmazlığını qoruyaraq qalib gəlib, 4 dəfə isə meydanı qolsuz bərabərliklə tərk edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını məğlubiyyətsiz başa vuran “Qarabağ” avrokuboklardakı mübarizəsini UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi