"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırıb

"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırıb Ağdam klubu Çexiya "Viktoriya"sı ilə 1:1-lik heç-heçə edib
Futbol
1180
2 Avqust , 2016 22:24
Qarabağ Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" klubunu qəbul edir.

"Report" xəbər verir ki, matçın birinci hissəsindən sonra hesab Ağdam klubunun xeyrinədir.

Oyunda ilk qolu 28-ci dəqiqədə Muarem Muarem vurub. 85-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib: Michael Krmencik adını tabloya yazdırıb.Çexiyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatdığından, "play-off" mərhələsinə yüksələn tərəf "Viktoriya" olub. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırıb.

Ağdam klubu mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi