“Qarabağ” - “Bayer 04” oyununa 15 000 bilet satılıb
Futbol
- 03 noyabr, 2023
- 07:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 000 bilet satılıb.
“Report”un Ağdam klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdır.
Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır. “Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
Son xəbərlər
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr