"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb - FOTO

"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb - FOTO Qarabağ komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazıb.
Futbol
25 Oktyabr , 2019 01:25
Qarabağ Azərbaycanı Qazaxıstan və Belarusa daha da yaxınlaşdırıb - FOTO
Foto: Firi Səlim

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazıb.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıdakı 2:2 hesablı heç-heçə sayəsində mümkün olub. 

Nəticədə xallarını 18,500-ə çatdıran Azərbaycan "Astana"nın Hollandiyada AZ-yə 0:6 hesablı məğlubiyyəti ilə əlaqədar 18,750 xalla 25-ci pillədə qalan Qazaxıstanla fərqi daha da azaldıb. 18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda "Qarabağ" 1 qələbə və ya 2 heç-heçə edərsə, ən azı 1 pillə irəliləyəcək.

Qeyd edək ki, reytinq siyahısında ən böyük dəyişiklik xallarını 44,849-a çatdıran Portuqaliyanın 6-cı pilləyə yüksəlməsi və 43,883 xalı olan Rusiyanın 7-ci mövqeyə enməsi olub.

Son xəbərlər

Orphus sistemi