"Qarabağ" Avstriyaya yollanır, MOİK və "Arsenal"la qarşılaşacaq

"Qarabağ" Avstriyaya yollanır, MOİK və "Arsenal"la qarşılaşacaq "Qarabağ" klubu iyulun 4-də Avstriyada təlim-məşq toplanışına başlayacaq.
Futbol
17 İyun , 2021 12:37
Qarabağ Avstriyaya yollanır, MOİK və Arsenalla qarşılaşacaq

"Qarabağ" futbol komandası iyulun 4-dən Avstriyada təlim-məşq toplanışına başlayacaq.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, iyulun 16-dək davam edəcək hazırlıq prosesi müddətində 3 yoxlama oyunu keçirəcəklərini bildirib: "Avstriyada Bolqarıstanın MOİK (Sofiya) və Rusiyanın "Arsenal" (Tula) klubları ilə üz-üzə gələcəyik. "Arsenal"la oyunumuz iyulun 11-də olacaq. MOİK-lə matçımızın tarixi və üçüncü rəqibimiz hələ ki, bəlli deyil. Bu görüşlərdən sonra Bakıya qayıdaraq, Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"u ilə evdə keçirəcəyimiz görüşə hazırlaşacağıq".

Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu iyulun 22-də, cavab görüşü isə bir həftə sonra olacaq.

Son xəbərlər

Orphus sistemi