"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir "Köhlən atlar" "Sabah"la görüşdə xal itirib - 0:0
Futbol
14 Noyabr , 2022 12:46
Qarabağ Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandalar bəlli olub.

"Report"un araşdırmasına görə, 17 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" son olaraq Premyer Liqanın XIV turunda "Sabah"la səfər oyununda xal itirib - 0:0.

Top-5 liqalarda yalnız İtaliyanın "Napoli" və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.

"Napoli" (İtaliya) - 13 qələbə, 2 heç-heçə

PSJ (Fransa) - 13 qələbə, 2 heç-heçə

"Benfika" (Portuqaliya) - 12 qələbə, 1 heç-heçə

"Srvena Zvezda" (Serbiya) - 17 qələbə, 2 heç-heçə

"Dnipro-1" (Ukrayna) - 10 qələbə, 2 heç-heçə

"Şaxtyor" (Ukrayna) - 8 qələbə, 3 heç-heçə

"Panatinaikos" (Yunanıstan) - 12 qələbə, 1 heç-heçə

"Qarabağ" 13 qələbə, 1 heç-heçə

"Pafos" (Kipr) - 9 qələbə, 2 heç-heçə

TNS (Uels) - 12 qələbə, 1 heç-heçə

"Svift Hesperange" (Lüksemburq) - 11 qələbə, 1 heç-heçə

"Klaksvik" (Farer adaları) - 25 qələbə, 2 heç-heçə

"Hamrun" (Malta) - 9 qələbə, 1 heç-heçə

"İnter Eskaldes" (Andorra) - 6 qələbə, 2 heç-heçə

"Europa", "Linkoln" (Cəbəllütariq) - hər ikisi 5 qələbə, 1 heç-heçə

"Tre Penne" (San-Marino) 5 qələbə, 3 heç-heçə

Son xəbərlər

Orphus sistemi