"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib

"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib "Qarabağ" avrokuboklara vəsiqəni təmin edib.
Futbol
10 Aprel , 2022 20:23
Qarabağ avrokuboklara vəsiqəni təmin edib

"Qarabağ" avrokuboklara vəsiqəni təmin edib.

"Report"un məlumatına görə, "köhlən atlar" buna Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə nail olub.

Səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi