"Qarabağ" "Aşdod"la oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI

"Qarabağ" "Aşdod"la oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI "Qarabağ" FK-nın UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail) oyunlar üçün iştirak ərizəsi:
Futbol
1132
18 İyul , 2021 20:20
Qarabağ Aşdodla oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI

"Qarabağ" klubunun UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

"Report"un Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, əsas siyahıya 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 1 hücumçu daxil edilib. Ehtiyat siyahıda isə 5 oyunçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes;

Hücumçular: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, "Qarabağ" "Aşdod"la ilk matçını iyulun 22-də evdə, cavab görüşünü iyulun 29-da səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi