"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir Hazırlığın yeddinci günündə komanda bir məşqlə kifayətlənib
Futbol
12 Yanvar , 2017 00:01
Qarabağ Antalyada təlim-məşq toplanışını davam etdirir

Bakı. 12 yanvar. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

"Report" klubun saytına istinadən xəbər verir ki, hazırlığın yeddinci günündə komanda bir məşqlə kifayətlənib.

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, komandanın sabah üçün iki məşqi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi