"Qarabağ" 3 hissəlik oyunda "Zirə" ilə heç-heçə etdi

"Qarabağ" 3 hissəlik oyunda "Zirə" ilə heç-heçə etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Zirə" komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Futbol
14 Yanvar , 2021 18:25
Qarabağ 3 hissəlik oyunda Zirə ilə heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Zirə" komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma üç hissədən ibarət olub. Birinci və üçüncü hissələr 45 dəqiqə, ikinci yarı isə 30 dəqiqə çəkib.

Matç 3:3 hesablı bərabərliklə bitib

Görüşdə ilk iki qolu "Zirə" vurub. Klesio Bauk 4 və 41-ci dəqiqələrdə fərqlənib. Paytaxt klubu fasiləyə öndə yollanıb.

İkinci hissədə "Qarabağ" 3 qol vurub. 50-ci dəqiqədə Filib Ozobiç, 61-ci dəqiqə Mahir Emreli, 66-cı dəqiqə isə Abdullah Zubir topu rəqib qapıdan keçirib.

Üçüncü hissənin 95-ci dəqiqəsində Sərtan Taşkın bərabərlik qoluna imza atıb.

Son xəbərlər

Orphus sistemi