Qara Qarayev üçün yubiley

Qara Qarayev üçün yubiley Qarayev ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib
Futbol
15 Mart , 2021 10:48
Qara Qarayev üçün yubiley
Qara Qarayev

“Qarabağ” klubunun futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yubiley XX turun “Sabah”la görüşünə təsadüf edib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçadək 249 qarşılaşmada iştirak etmiş yarımmüdafiəçi cəmi 3 qol vurub.

Qarayev ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan 3-cü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.

Qeyd edək ki, Qara Qarayev Azərbaycan çempionatında 2008/2009 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi