Qapıçı "Napoli" ilə matçdan öncə koronavirusa yoluxdu

Qapıçı "Napoli" ilə matçdan öncə koronavirusa yoluxdu İtaliyanın "Cenoa" klubunun qapıçısı Mattia Perində koronavirus aşkarlanıb.
Futbol
26 Sentyabr , 2020 15:34
Qapıçı Napoli ilə matçdan öncə koronavirusa yoluxdu

İtaliyanın "Cenoa" klubunun qapıçısı Mattia Perində koronavirus aşkarlanıb. 

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper A Seriyasının II turunda səfərdə "Napoli" ilə matçı buraxacaq. 

"Cenoa"nın baş məşqçisi Rolando Maran mətbuat konfransında Perinin temperaturunun yüksək olduğunu söyləyib. 

Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək "Napoli" - "Cenoa" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Mattia Perin müqavilə ilə "Yuventus"a məxsusdur və icarə əsasında "Cenoa"da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi