Qapıçı komanda yoldaşını döyərək xəstəxanalıq edib

Qapıçı komanda yoldaşını döyərək xəstəxanalıq edib Rusiyanın paytaxtı Moskvada həvəskarlar liqasında çıxış edən "Krasnoqvardeyets" klubunun qapıçısı öz komanda yoldaşını döyüb.
Futbol
4 oktyabr 2021 15:44
Qapıçı komanda yoldaşını döyərək xəstəxanalıq edib

Rusiyanın paytaxtı Moskvada həvəskarlar liqasında çıxış edən "Krasnoqvardeyets" klubunun qapıçısı öz komanda yoldaşını döyüb.

"Report" RENN TV-yə istinadən xəbər verir ki, insident matçın keçiridildiyi "Sviblovo" stadionunda baş verib.

Buraxılan qollara görə müdafiəçini günahlandıran qolkiper oyundan sonra ona ağır xəsarətlər yetirib. 17 yaşlı oyunçu təcili xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin sarsıntısı və qapalı kəllə-beyin travması diaqnozu qoyublar.

Son xəbərlər

Orphus sistemi