"Qalatasaray" yeni transferini açıqladı

"Qalatasaray" yeni transferini açıqladı Türkiyə "Qalatasaray"ının yeni transferi Halil Dervişoğlu İstanbula gəlib.
Futbol
22 Yanvar , 2021 20:58
Qalatasaray yeni transferini açıqladı
Halil Dervişoğlu

Türkiyə "Qalatasaray"ının yeni transferi Halil Dervişoğlu İstanbula gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Brentford" komandasına məxsus olan 22 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvardla tezliklə rəsmi müqavilə imzalanacaq.

Futbolçu "Qalatasaray"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.

Son xəbərlər

Orphus sistemi