"Qalatasaray" zədələnən qapıçısı ilə müqavilənin müddətini uzadacaq

"Qalatasaray" zədələnən qapıçısı ilə müqavilənin müddətini uzadacaq Türkiyənin Qalatasaray klubu qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq.
Futbol
16 İyun , 2020 10:34
Qalatasaray zədələnən qapıçısı ilə müqavilənin müddətini uzadacaq

Türkiyənin "Qalatasaray" klubu qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq. 

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak "Milliyet"ə məlumat verib. 

O bildirib ki, 2021-ci ilin sonunda sözləşməsi başa çatan 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak zədə səbəbindən 6 - 8 ay yaşıl meydanlardan kənarda qalan qapıçının bütün ödəmələri alacağını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnib. O, 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi