"Qalatasaray" yeni müdafiəçi ilə anlaşdı

"Qalatasaray" yeni müdafiəçi ilə anlaşdı Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transfer edib
Futbol
3 Mart , 2021 14:12
Qalatasaray yeni müdafiəçi ilə anlaşdı
Alpaslan Öztürk

Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transfer edib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi cari mövsümün sonunda "Göztəpə" ilə müqaviləsi başa çatacaq Alpaslan Öztürklə anlaşıb.

28 yaşlı müdafiəçi ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci ildən "Göztəpə"də çıxış edən Alpaslan Öztürk 67 oyunda 11 qol vurub.

Son xəbərlər

Orphus sistemi