"Qalatasaray" Viktor Osimheni heyətinə qatdığını açıqlayıb

Futbol
  • 04 sentyabr, 2024
  • 16:14
Qalatasaray Viktor Osimheni heyətinə qatdığını açıqlayıb

Türkiyənin "Qalatasaray" klubu hücumçu Viktor Osimheni icarə əsasında sıralarına cəlb etdiyini açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı forvard 2024/2025 mövsümündə Superliqada çıxış edəcək.

İstanbul təmsilçisi tərəfindən 25 yaşlı oyunçuya birillik 6 milyon avro ödəniləcək.

Qeyd edək ki, 2021-ci ildən İtaliyanın "Napoli" klubunda forma geyinən Osimhen bu müddət ərzində 108 matçda 65 qol vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti