"Qarabağ" Norveç klubunun yeni hücumçu almasına mane olub

"Qarabağ" Norveç klubunun yeni hücumçu almasına mane olub Norveçin "Volerenqa" klubu "Qarabağ"ın heyətinə qatdığı İbrahima Vadjini transfer etmək istəyib.
Futbol
14 Sentyabr , 2021 10:13
Qarabağ Norveç klubunun yeni hücumçu almasına mane olub

Norveçin "Volerenqa" klubu "Qarabağ"ın heyətinə qatdığı İbrahima Vadjini transfer etmək istəyib.

"Report" "Nettavisen" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün "Haugesund"a Oslo təmsilçisindən daha çox məbləğ təklif edib.

Klub bundan əlavə, "Qalatasaray"dan Martin Linnesi almağı hədəfləyib, lakin burada da "Molde"yə rəqabətdə uduzub. "Volerenqa" son olaraq "Tromsö"dən Tomas Totlandın keçidini gerçəkləşdirə bilməyib. Paytaxt klubu daha sonra alternativ oyunçulara müraciət etməyib.

Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi