"Qalatasaray" Türkiyə Kubokunda finala yüksəlib

"Qalatasaray" Türkiyə Kubokunda finala yüksəlib İstanbulun Qalatasaray klubu Türkiyə kubokunun finalına yüksəlib.
Futbol
25 Aprel , 2019 23:29
Qalatasaray Türkiyə Kubokunda finala yüksəlib

İstanbulun "Qalatasaray" klubu Türkiyə kubokunun finalına yüksəlib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi yarımfinal mərhələsinin cavab matçında səfərdə "Malatyaspor"la üz-üzə gəlib. Qarşılaşma "Qalatasaray"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbuldakı ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən "sarı qırmızılar" həlledici görüşdə "Akhisarspor"a rəqib olub.

Türkiyə Kubokunun finalı mayın 16-da Sivas şəhərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi