"Qalatasaray" Terimlə 3 illik yeni müqavilə imzalayacaq

"Qalatasaray" Terimlə 3 illik yeni müqavilə imzalayacaq Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi Fatih Terimlə imzalayacağı müqavilənin müddəti bəlli olub.
Futbol
120
21 İyun , 2021 12:48
Qalatasaray Terimlə 3 illik yeni müqavilə imzalayacaq
Fatih Terim

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimlə yeni müqavilə imzalayacaq.

"Report"un "Hürriyet"ə istinadən məlumatına görə, 68 yaşlı mütəxəssis 3 illik sözləşməyə qol çəkəcək.

İmzalama mərasiminin iyunun 23-də təşkili planlaşdırılır. İstanbul təmsilçisinin yeni prezidenti Burak Elmas təcrübəli baş məşqçinin istədiyi transferləri həyata keçirməyə çalışacaq.

Terim İtaliya "Sassuolo"sunda çıxış edən Türkiyə millisinin futbolçusu Kaan Ayhan və İspaniya "Betis"indən Aleks Morenonun keçidində israrlıdır. Daha sonra klubla müqaviləsi başa çatan Arda Turan, Henri Onyekuru, Rayan Donk və Emre Akbabanın aqibətinə aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi