"Qalatasaray" Radamel Falkao ilə yollarını ayırıb

"Qalatasaray" Radamel Falkao ilə yollarını ayırıb Türkiyənin "Qalatasaray" klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.
Futbol
1 Sentyabr , 2021 09:00
Qalatasaray Radamel Falkao ilə yollarını ayırıb

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.

"Report" İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Kolumbiyalı oyunçunun İspaniyanın "Rayo Valyekano" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayıb. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi