"Qalatasaray" misirli hücumçunu birdəfəlik transfer edir

Futbol
  • 23 dekabr, 2021
  • 19:16
Qalatasaray misirli hücumçunu birdəfəlik transfer edir

Türkiyənin "Qalatasaray" klubu Misirin "Zamalek" klubundan icarəyə götürdüyü Mustafa Məhəmmədi birdəfəlik transfer edir.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbuil təmsilçisi artıq bununla bağlı qarşı tərəfi məlumatlandırıb.

"Cim-Bom" 24 yaşlı hücumçunun keçidi üçün 4 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Mustafa Məhəmməd 2020-ci ilin yanvarından "Qalatasaray"da çıxış edir.

44 filmi