"Qalatasaray" komanda yoldaşını vuran futbolçunu heyətə daxil etməyib

"Qalatasaray" komanda yoldaşını vuran futbolçunu heyətə daxil etməyib Türkiyənin "Qalatasaray" klubu Danimarka "Randers"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün heyətini açıqlayıb.
Futbol
18 Avqust , 2021 10:14
Qalatasaray komanda yoldaşını vuran futbolçunu heyətə daxil etməyib

Türkiyənin "Qalatasaray" klubu Danimarka "Randers"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün heyətini açıqlayıb.

"Report" İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, "23-lük"də braziliyalı müdafiəçi Markao yer almayıb.

25 yaşlı oyunçu Türkiyə Super Liqasının I turunda "Giresunspor"u 2:0 hesabı ilə məğlub etdikləri matçda komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vurub.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Qalatasaray" - "Randers" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi