“Qalatasaray” klubu braziliyalı futbolçunu heyətinə qatacaq

“Qalatasaray” klubu braziliyalı futbolçunu heyətinə qatacaq Maykon bu gün İstanbula gələcək
Futbol
29 İyun , 2017 17:13
“Qalatasaray” klubu braziliyalı futbolçunu heyətinə qatacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubu Braziliyanın “San Paulu” komandasının futbolçusu Maykon Pereyra Rokeni heyətinə qatacaq. 

“Report”un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq “aslanlar” 28 yaşlı mərkəzi müdafiəçisinin özü və klubu ilə görüşmələrə başlandığını Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Maykonun bu axşam Bakı vaxtı ilə saat 23:00-da İstanbula gələcəyi gözlənilir. Braziliyalı futbolçu özü də şəxsi "Instagram" səhifəsi vasitəsilə "San Paulu" azarkeşləri ilə vidalaşıb.

Qeyd edək ki, 190 sm boya malik Maykon 2009 - 2016-cı illərdə “Portu”da çıxış edib. O, ötən ildən etibarən formasını geyindiyi “San Paulu”da 44 matç keçirib və 3 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi