"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi bəlli olub.
Futbol
23 İyun , 2022 12:20
Qalatasarayın yeni baş məşqçisi bəlli olub

Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Okan Buruk təyin edilib. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 2006 - 2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2013-cü ildə "Cim-Bom"da köməkçi məşqçi kimi də çalışıb. Təcrübəli mütəxəssis ölkəsində "Sivaspor", "Göztepe", "Rizespor" və "Başakşehir" kimi klublara da başçılıq edib. 2020/2021 mövsümündə isə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi